İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir

Baş səhifə

İranın infrastrukturu hədəfə alınsa, regionda qalan bütün infrastrukturlar vurulacaq.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

O vurğulayıb ki, ABŞ İranın infrastruktur obyektlərini hədəfə alacağı təqdirdə, Tehran bölgədə qalan bütün infrastruktur obyektlərinə zərbələr endirəcək.

Zülfüqarinin sözlərinə görə, İran ordusunun cavabı “mütənasib” olmayacaq, əksinə daha sərt, daha genişmiqyaslı və daha dağıdıcı olacaq.

O, həmçinin, İranın heç bir halda ABŞ-ın Hörmüz boğazına müdaxiləsinə icazə verməyəcəyini və bunun İranın “qırmızı xətti” olduğunu deyib.

“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İrana qarşı hər hansı hücumun ordunun sərt və genişmiqyaslı reaksiyası ilə qarşılacağı barədə xəbərdarlıq edib.