Qubada 5 aylıq hamilə xəstəxanada ölüb

Baş səhifə

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 5 aylıq hamilə qadının antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.