Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlirləri məlum oldu

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın yanvar–iyun aylarında neft bitumu ixracından əldə
etdiyi gəlirlərin həcmi açıqlanıb.

Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı
hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında
Azərbaycandan 2,341 milyon ABŞ dolları dəyərində 8,109 min ton neft
bitumu ixrac edilib.

Bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 1,34 milyon ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımından
isə 4,277 min ton və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi
ixracının 0,01 faizini təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar–iyun
aylarında Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları
dəyərində bitumlu süxurlardan əldə olunan 10,125 milyon ton xam
neft və neft məhsulları ixrac olunub.

Qurumun məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8
faiz, fiziki həcm baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz
azdır.




Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari
ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi
24,661 milyard ABŞ dolları təşkil edib.

Trend-in
hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261
milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.

Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard
ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına
düşüb.

Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın
həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın
həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.

Vurğulanır ki, nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ
dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları
çoxdur.