
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv
yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri
fasiləsiz olaraq davam etdirilir.
Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında,
həmçinin Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində
müvafiq təhlükəsizlik tədbirləri görülür. Eyni zamanda, suçəkmə
işləri aparılır və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi
həyata keçirilir.

