
Bakı.Trend:
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində üzərində qanunsuz odlu silah saxlayan şəxs
saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib
ki, əvvəllər məhkum olunmuş Əli Ağabəyov polis əməkdaşları
tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı
tapança aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əli
Ağabəyov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

