Bakıda və bölgələrdə güclü külək gözlənilir

Baş səhifə

Bakı. Trend:

Bakıda və bölgələrdə güclü külək gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.




Bildirilib ki, iyulun 12-14-də Bakıda və Abşeron yarımadasında
eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə
bağlı sarı xəbərdarlıq verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa
uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə,
Daşkəsən, Goranboy, Naftalan, Siyəzən, Şabran, Xızı, Xaçmaz,
Tərtər, Bərdə, Mingəçevir, Hacıqabul, Neftçala, Masallı, Lerik,
Yardımlı, Biləsuvar, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq isə
şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil
edəcək.