Masallıda atdan yıxılan 49 yaşlı kişi ölüb

Baş səhifə

Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.

APA xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.