Maliyyə sektoru mütəxəssislərinə tələbat artmağa davam edəcək – Metyu Hill

Baş səhifə

Bakı. Trend:

Dünyada baş verən dəyişikliklərlə bərabər maliyyə xidmətləri
sahəsində peşəkarlıq da inkişaf etməlidir və mütəxəssislərə artan
tələbat yeni kadrların cəlb edilməsinə daha açıq yanaşma tələb
edir.

Trend-in
tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Bakıda
keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda Böyük
Britaniyanın Sığorta İnstitutunun baş icraçı direktoru (CEO) Metyu
Hill deyib.

“Peşə ictimaiyyət tərəfindən etibar edilən insanlar qrupudur.
Peşəkarlar xüsusi biliyə malikdirlər və daha geniş ictimai məqsədə
xidmət edən dəyər sisteminə və ya etika kodeksinə riayət edirlər”
dedi Hill.

O qeyd edib ki, ənənəvi olaraq peşəkar təşkilatlara üzv olmaq,
ixtisas almaq və peşə etikasına riayət etməklə yüksək peşəkarlıq
təmin edilib.

“Mövcud model yeni reallıqlara uyğunlaşmalıdır.




Belə dəyişikliklərin əsas amillərindən biri də dünyada rifahın
artmasıdır. Son onilliklərdə orta gəlirlər əhəmiyyətli dərəcədə
artmış, yüz milyonlarla insan ifrat yoxsulluqdan xilas edilmiş,
mallara, xidmətlərə, təhsilə və səhiyyəyə çıxış imkanları
əhəmiyyətli dərəcədə genişlənmişdir.

Bu gün bütün dünyada insanların əvvəlkindən daha çox maliyyə
xidmətlərinə və daha ixtisaslı mütəxəssislərə ehtiyacı var”, – deyə
M.Hil bildirib.

O bildirib ki, getdiyi bütün ölkələrdə istedadlara çıxış
məsələsi ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.

“Londondan tutmuş Honq-Konqa qədər, istedad çatışmazlıqları
görüşlərdə ən çox qaldırılan mövzudur. Bu o deməkdir ki, maliyyə
xidmətləri sənayesi ictimaiyyətə inam yaradan yüksək standartları
qoruyaraq, yeni istedadları cəlb etmək və yeni istedadlar üçün
imkanlar yaratmaq üçün səylərini artırmalıdır.
Maliyyə sektorunun mütəxəssislərinə tələbat artır və bundan sonra
da artacaq”.