Braziliyada məktəbli oğlan iki nəfəri güllələyərək öldürüb

Baş səhifə

Bakı. Trend:

Braziliyanın şimal-qərbindəki Akko vilayətində məktəbə edilən
silahlı hücum nəticəsində iki məktəb işçisi həlak olub, bir neçə
şagird və müəllim heyəti yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “G1” xəbər portalı
bildirib.




Məlumata əsasən, polis əməkdaşları artıq atəş açan 13 yaşlı
oğlanı saxlayıb. Xəsarət alanların dəqiq sayı və xəsarətlərinin
ağırlığı müəyyənləşdirilir. Təcili yardım briqadaları və hərbi
polis hadisə yerinə tez bir zamanda gəlib. Məktəbdə dərslər cümə
gününə qədər dayandırılıb.