
Bakı. Trend:
Azərbaycanda beş ay ərzində 30 minə yaxın körpə doğulub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbələri tərəfindən cari ilin yanvar-may aylarında 28631 doğulan
körpə qeydə alınıb.2025-ci ilin müvafiq dövrü ilə müqayisədə
əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə
düşüb.
Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqları
olub. Körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
Əlavə olaraq, bu il Azərbaycanda nikah və boşanmaların sayı ötən
illə müqayisədə azalıb.
Məlumata görə, 2026-cı ilin ilk dörd ayı ərzində Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422
nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə,
boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

