Polşa prezidenti Türkiyəyə səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Polşa prezidenti Karol Navrotski iyunun 23-24-də Türkiyəyə rəsmi
səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya
İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Karol Navrotski Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın dəvəti əsasında ölkəyə səfər edəcək.




Bildirilib ki, səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə-Polşa
əlaqələrinin müxtəlif istiqamətləri ətraflı müzakirə olunacaq,
həmçinin əməkdaşlığın daha da genişləndirilməsi üçün mümkün
addımlar nəzərdən keçiriləcək.

Görüşlərin gündəliyinə ikitərəfli münasibətlərlə yanaşı,
regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də
daxildir.