Azərbaycan vasitəsilə Ermənistana buğda göndərilib (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon –
490 ton buğda göndərilib.

Trend xəbər
verir ki, qatar bu gün Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə,
414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton
qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft
məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13
min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95
benzini ixrac olunub.

xxx
10:46




Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti
tədarük həyata keçiriləcək.

Trend xəbər
verir ki, 7 vaqon 490 ton buğda bu gün Biləcəri stansiyasından
Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə,
133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft
məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 12
min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95
benzini ixrac olunub.