Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin
verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.




“Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Cəlayir” yarımstansiyasından qidalanan 35 kV-luq “Ləkin” hava
xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan
13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq,
Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri gərginliksiz
qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd
olunub.