
Əfqanıstan Pakistana dron zərbələri endirib.
“Reuters”in xəbərinə görə, bu barədə Taliban məlumat yayıb.
Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Bəlucistan vilayətində İŞİD-in mərkəzlərinə zərbələr endirildiyini bildirib.
Pakistan isə Əfqanıstandan gələn 4 dronun Bəlucistan vilayəti üzərində vurulduğu barədə məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan Əfqanıstanda bir sıra hədəflərə zərbə endirib.

