
Bakı. Trend:
Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti 2
manatdan 3 manata qaldırılıb.
Bu barədə “BakıKart” rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən etibarən
sərnişinlərin istifadəsinə təqdim olunub.
“Bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur
xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən
baxılıb”, – deyə məlumatda vurğulanıb.
Əlavə edilib ki, bu dövr ərzində sərnişinlər üçün NFC, QR və
bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal
xidmətlər daha da genişləndirilib.
Qeyd edilib ki, dəyişiklik yalnız yeni əldə edilən “BakıKart”
kartlarının satış qiymətinə aiddir. Kart balanslarında da hər hansı
dəyişiklik edilməyəcək.

