Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək

Baş səhifə

5 iyulda Azərbaycan Dəmiryol Muzeyində ölkəmizin dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə “Açıq qapı” günü keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, ziyarətçilər elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin kolleksiyası ilə də tanış ola biləcəklər.

“Sizi dəmir yollarımızın qocaman tarixinə səyahətə, keçmişlə bu günü birləşdirən tərəqqi yolunu birlikdə kəşf etməyə dəvət edirik”, – məlumatda qeyd olunur.