“Barselona” Kristensenlə yeni müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Barselona” klubu futbolçusu Andreas Kristensenlə
yeni müqavilə imzalayıb.

Klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı
müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını
geyinəcək. Bununla yanaşı, 2027-ci ilin yayında tərəflərdən hər
biri sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik
olacaq.




2022-ci ildən “Barselona”da çıxış edən danimarkalı oyunçu
indiyədək komandanın heyətində 98 matçda 5 qol və 3 məhsuldar
ötürmə ilə yadda qalıb.