
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının milli komandası dünya
çempionatının ilk turunun oyununda Paraqvay yığmasına 4:1 hesabı
ilə qalib gəlib.
Maurisio Poçettinonun komandasının mərkəz müdafiəçisi Kris
Riçards bu qarşılaşmada komandada yoldaşlarına 83 ötürmə edib. Bu
ötürmələrin hər biri dəqiq ünvanına çatıb.
Bu, statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya
çempionatları tarixində bir oyunda 70-dən çox ötürmə edib 100 fiaz
dəqiqlik göstərən futbolçunun qeydə alındığı ilk belə haldır.
Qeyd edək ki, ABŞ milli komandası növbəti matçını Avstraliya
yığmasına qarşı keçirəcək.

