
Bakı. Trend:
“Barselona”nın hücumçusu Ferran Torres karyerasını Fransada
davam etdirə bilər.
Bu barədə məlumatı tanınmış jurnalist Canluka Di Marsio
yayıb.
PSJ ispaniyalı forvardı transfer etmək istəyir.
Paris klubu Torresi komandadan ayrılacağı gözlənilən Bredli
Barkolun əvəzedicisi kimi nəzərdən keçirir. Fransa nəhənginin baş
məşqçisi Luis Enrike 26 yaşlı futbolçunun oyun keyfiyyətlərinə
yaxından bələddir, çünki onunla İspaniya millisində birlikdə
çalışıb.
Qeyd edək ki, ötən mövsüm “Barselona”nın heyətində bütün
turnirlərdə 49 oyuna çıxan hücumçu 21 qol və 3 məhsuldar ötürmə ilə
yadda qalıb. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci
ilin yayına qədərdir.

