Bakı. Trend:
ABŞ hakimiyyəti Haitidən gəldiyi ehtimal olunan və 240 qanunsuz
miqrantı daşıyan qayığı saxlayıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi
komissarı Rodney Skot məlumat verib.
Onun sözlərinə görə, hava patrulu əməkdaşları bu həftə dəniz
yolu ilə ABŞ-yə qanunsuz daxil olmağa çalışan 240 Haiti vətəndaşını
daşıyan gəmini aşkar ediblər.
Komissar bildirib ki, həddindən artıq yüklənmiş qayığın batmaq
təhlükəsi var idi. O vurğulayıb ki, qanunsuz miqrasiya cəhdləri
təhlükəlidir və ABŞ-yə giriş zəmanəti vermir.
Daha əvvəl ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsindən
bildirilmişdi ki, 2025-ci ilin yanvarından bəri ölkədən 900 mindən
çox qanunsuz miqrant deportasiya olunub.

