Bakı. Trend:
Çin Prezidenti Si Cinpin iyunun 8-9-da Koreya Xalq Demokratik
Respublikasına dövlət səfəri edəcək.
Trend-in
məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Bildirilib ki, bu, onun son altı ildən artıq müddətdə KXDR-yə
ilk səfəri olacaq.
Mayın sonunda “Yonhap” agentliyi məlumatlı mənbələrə istinadən
bildirmişdi ki, Çin lideri artıq gələn həftə Şimali Koreyaya səfər
edə bilər.
Mənbə qeyd edib ki, Si Cinpin Şimali Koreya ilə ABŞ arasındakı
münasibətlərdə vasitəçi rolunu oynaya bilər. Li Ce Men yanvar
ayında Çinə dövlət səfəri zamanı Si Cinpindən Koreyalararası
münasibətlərdə vasitəçilik etməyə kömək göstərməsini xahiş edib və
Çin lideri bu müraciətə müsbət yanaşıb.

