Lukaşenko 32 nəfəri əfv edib

Baş səhifə

Belarus prezidenti Aleksandr Lukaşenko 32 nəfəri əfv edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, əfv olunanlardan 28 nəfəri ekstremist cinayətlərdə məhkum edilib.

Əfv olunanlardan 20-si qadın və 12-si kişi olub.

Fərman Belarus Respublikasının Müstəqillik Günü ərəfəsində imzalanıb.