Polad Babayev Azərbaycana ekstradisiya edildi

Baş səhifə

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu
tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb
Əmirliklərində (BƏƏ) müəyyən edilən daha bir şəxsin iyunun 4-də
Azərbaycana ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ildən etibarən
bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə
düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə
etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla
zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda
(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü
maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı
Babayev Polad Murad oğlunun yeri BƏƏ-də müəyyən olunub və o, həbs
edilib.

Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin
təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin
Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu,
dövlətimizin beynəlxalq nüfuzunu və BƏƏ-nin ölkəmiz üçün etibarlı
tərəfdaş olduğunu bir daha təsdiqləyir.




Babayev Polad Murad oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq
əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin
məsul əməkdaşları tərəfindən BƏƏ-nin Dubay şəhərindən ölkəmizə
gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq
təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam
etdirilir.