
Bakı. Trend:
Yaponiyanın Baş naziri Sanae Takaiçi hökumətinin dəstək
reytinqinin hansı səbəbdən aşağı düşdüyünü bilmədiyini etiraf
edib.
“Ola bilsin ki, reytinqlərin azalmasının səbəbi məlum deyil.
Lakin biz ictimai rəyi nəzərə alacağıq”, – deyə o, parlamentin
aşağı palatasının büdcə komissiyasında deputatların suallarını
cavablandırarkən bildirib.
Yaponiyanın aparıcı KİV-lərinin son günlər dərc etdiyi ictimai
rəy sorğularının nəticələrinə əsasən, Takaiçinin rəhbərlik etdiyi
Nazirlər Kabinetinə dəstək səviyyəsi rekord həddə enərək 53,7%-ə
düşüb. Eyni zamanda, hökumətin fəaliyyətini bəyənməyənlərin payı
33,7%-ə çatıb ki, bu da Takaçi administrasiyasının fəaliyyəti
dövründə ən yüksək göstəricidir.
Son aylarda Baş nazirin dəstək reytinqi ardıcıl olaraq azalır.
Bu tendensiya “Sükan Bunsün” həftəlik jurnalında dərc olunan
qalmaqallı materiallarla əlaqələndirilir. Nəşr iddia edir ki,
Takaçinin yaxın çevrəsinə daxil olan əməkdaşlar ötən il hakim
Liberal Demokrat Partiyasının sədr seçkiləri zamanı rəqibləri
haqqında böhtan xarakterli videomaterialların yayılmasında iştirak
ediblər.
Sanae Takaiçi isə bu ittihamları dəfələrlə qəti şəkildə rədd
edib.

