Neft kəskin ucuzlaşdı: 92 dollara düşdü

Baş səhifə

Dünya bazarlarında neft qiymətlərində kəskin eniş qeydə alınıb.

Modern.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin sentyabr fyuçersləri 5,09% ucuzlaşaraq bir barel üçün 84,76 ABŞ dollarına düşüb.

Londonun “ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 4,74% azalaraq 92,19 ABŞ dolları təşkil edib.

Neft bazarında müşahidə olunan eniş dünya enerji bazarlarında qiymətlərin yenidən təzyiq altında olduğunu göstərir.