Ağstafada yol qəzası: ölən və xəsarət alan var

Baş səhifə

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya aparılıblar. Onlardan 1-i ölüb, digərinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.