
Bakı. Trend:
Britaniya hökuməti müdafiə investisiya planının bir hissəsi
olaraq xərcləri azaltmaq niyyətindədir.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Baş nazir Keir Starmer və Maliyyə Naziri Reyçel Rivz 2 iyunda
keçirilən görüşdə müdafiə investisiyalarının növbəti üç il ərzində
15 milyard funt sterlinqə (20 milyard dollar) çatdırılması
imkanlarını müzakirə ediblər. Əvvəlcə hədəf 18 milyard funt
sterlinq (24,2 milyard dollar) olub ki, bu belə tələb olunan
səviyyədən artıq bir neçə milyard funt sterlinq az olub.
Keçən ilin iyun ayında Haaqada keçirilən NATO sammitində Starmer
bu planı açıqlayacağına söz vermişdi. Bu, ABŞ prezidenti Donald
Trampın Avropanı müdafiəsinə daha çox pul xərcləməyə çağırmasından
sonra baş vermişdi. Sənədin əvvəlcə bu payız təqdim edilməsi
planlaşdırılırdı, lakin onun dərci dəfələrlə təxirə salınıb və bu
da Britaniya müdafiə şirkətlərinin bağlanmağa və ya başqa yerə
köçməyə məcbur olmasına səbəb olub.
Sənəddə Baş nazir Keir Starmerin 2035-ci ilə qədər əsas müdafiə
xərclərini ÜDM-in 3,5%-nə çatdırmaq öhdəliyini yerinə yetirmək üçün
təklifləri əks olunacaq. Britaniya mediasının məlumatına görə, plan
11 iyunda təqdim edilə bilər.

