İran və ABŞ arasında danışıqların nəticələri barədə danışmaq hələ tezdir – Əraqçi

Baş səhifə

Bakı. Trend:

ABŞ ilə danışıqlar barədə nəticə çıxarmaq hələ tezdir.

Trend-in
məlumatına görə, bu barədə jurnalistlərə İranın xarici işlər naziri
Abbas Əraqçi deyib.

O bildirib ki, İran və ABŞ arasında vasitəçilər vasitəsilə
danışıqlar və mesaj mübadiləsi davam edir, lakin konkret nəticələr
əldə olunana qədər hər hansı bir nəticə çıxarmaq hələ tezdir.




“İndi deyilənlərin hamısı fərziyyələrdir və hər şey tamamilə
aydınlaşana qədər heç bir əhəmiyyət verilməməlidir”, – deyə nazir
qeyd edib.

A. Əraqçi vurğulayıb ki, tərəflər arasında hazırkı qarşılıqlı
əlaqə prosesi davam edir və yekun qiymətləndirmələr yalnız real
irəliləyiş əldə edildikdən sonra edilə bilər.