
Bakı. Trend:
Dekabrın 8-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən
evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları
oğurlanıb.
Trend-in məlumatına görə,
polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən
mənzildə kənar müdaxilə izləri aşkar edilməyib.
Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin
iştirakına dair əsaslı şübhələr yaradıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin
kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə
şübhəli bilindiyi üçün saxlanılıb.
O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula
çevirmək məqsədilə oğurladığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


