Fransa Livandakı vəziyyətlə əlaqədar BMT TŞ-nin təcili toplantısını tələb edib

Baş səhifə

Bakı. Trend:

Fransa İsrail Müdafiə Qüvvələrinin Livanda əməliyyatları
genişləndirməsi fonunda BMT Təhlükəsizlik Şurasının təcili
toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir ki,
bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama
verib.

Nazirin sözlərinə görə, Livandakı vəziyyətin müzakirəsi
məqsədilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının
çağırılması xahiş olunub.




Barro vurğulayıb ki, İsrailin Livandakı hərbi əməliyyatlarını
davam etdirməsi və ölkə ərazisində fəaliyyət dairəsini
genişləndirməsi qəbuledilməzdir. Onun fikrincə, bu addımlar ciddi
səhvdir və regiondakı gərginliyi daha da artırır.

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin
Netanyahu atəşkəs qüvvədə olsa da, Livanda həyata keçirilən quru
əməliyyatlarının genişləndirildiyini bəyan etmişdi.