"Barselona" ingiltərəli futbolçunu transfer etdi

Baş səhifə

Entoni Qordon “Nyukasl”dan “Barselona”ya transfer olunub.

Modern.az xəbər verir ki, Kataloniya klubu ingilis futbolçunun keçidini rəsmən açıqlayıb. Müqavilə 5 illikdir.

Məlumata görə,”Barselona” 25 yaşlı Qordon üçün 70 milyon avro və bonuslar ödəyəcək. Transferin ümumi məbləği 80 milyon avronu keçəcək.

Qordon bu mövsüm Premyer Liqada keçirdiyi 26 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.