
Bakı. Trend:
İsrailin Beyrutun mərkəzinə endirdiyi hava hücumu nəticəsində 11
nəfər ölüb.
Trend-in
məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi xəbər
verib.
“İsrailin Beyrutun sıx məskunlaşmış Zuqaq əl-Blat və Bosta
məhəllələrinə hücumu zamanı 11 mülki şəxs həlak olub, 9 nəfər
yaralanıb. Hadisə yerində xilasetmə qrupları işləyir, xəsarət
alanların və yaralıların sayı arta bilər”, – deyə bildirilib.
Mülki Müdafiə Xidmətindən bildirilib ki, üç çoxmərtəbəli binaya
raket atılıb. Yanğınlar tez bir zamanda söndürülüb və alov qonşu
binalara yayılmayıb. Lakin partlayış dalğası yaxınlıqdakı bir neçə
binanın fasadını dağıdıb.

