
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına əlavə 50 faiz
idxal rüsumunun tətbiq edilməsi barədə qərar qəbul edib.
Ağ Evin məlumatına görə, yeni tariflər Kanadanın ABŞ
məhsullarına qarşı ayrı-seçkilik siyasətinə cavab olaraq tətbiq
olunub.
Bildirilib ki, rüsumlar şərab, sement və digər geniş çeşidli
məhsullara şamil ediləcək. Enerji məhsulları, kalium, dəniz
məhsulları və mühüm minerallar isə yeni tariflərdən azad
tutulacaq.
Qərar imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.

