Aİ Ukraynaya 28.3 milyard avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 2026-cı
ildə Kiyevə 90 milyard avroluq maliyyələşdirmədən 28,3 milyard avro
hərbi ehtiyaclar üçün köçürəcəyinə, eləcə də Ukraynanın Avropa dron
istehsalı layihələrinə tam inteqrasiyasına söz verib.

Trend xəbər verir ki,
o, bunu Volodimir Zelenski ilə telefon danışığından sonra “X”
sosial şəbəkə hesabında yazıb.




“Hava hücumundan müdafiə və pilotsuz təyyarələrə qarşı mübarizə
səyləri Avropanın ən təcili prioritetlərindəndir. Ukrayna bu
səylərə tam inteqrasiya olunacaq”, – deyə o iddia edir. Bildirib
ki, Avropa təkcə bu il Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün
28,3 milyard avro ayıracaq.