Şimali Koreya yeni raket buraxılış sistemini sınaqdan keçirib

Baş səhifə

Bakı. Trend:

Şimali Koreya çərşənbə axşamı yeni raket buraxılış sisteminin
sınağını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreay Mərkəzi Telegraf
Agentliyi məlumat yayıb.

“Şimali Koreyanın Raketqayırma Baş İdarəsi və Milli Müdafiə
Akademiyası mayın 26-da milli müdafiənin inkişafı üzrə beşillik
planın icrası çərçivəsində çoxməqsədli yüngül raketlər üçün yeni
buraxılış sisteminin və taktiki qanadlı raketlərin yaylım atəşi
sisteminin sınağını keçirib”, – deyə agentliyin məlumatında
bildirilir.




Məlumata əsasən, sınaq zamanı “xüsusi təyinatlı taktiki
ballistik raketin döyüş başlığının gücü”, həmçinin artırılmış
mənzilli idarəolunan raketin etibarlılığı və süni intellekt
texnologiyaları ilə idarə olunan taktiki qanadlı raketin hədəfə
dəqiqliklə çatma qabiliyyəti təhlil olunaraq qiymətləndirilib.

Sınağı Şimali Koreya lideri Kim Çen In izləyib, deyə KCNA qeyd
edib.

Agentlik vurğulayıb ki, Kim Çen In sınağın nəticələrini yüksək
qiymətləndirib və “ən mürəkkəb müdafiə elmi texnologiyalarının
praktiki silahların sınaqlarına tətbiqindən böyük məmnunluq
duyduğunu” bildirib. Onun sözlərinə görə, bu sınaq KXDR silahlı
qüvvələrinin “yenilənməsinin aydın siqnalı” olub.