Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın
Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa
çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Karate Federasiyası bildirib.




Məlumata əsasən, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb.

Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində
böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın
karateçi kimi tarixə düşüb.