Serbiyada parlament seçkiləri payızda keçiriləcək – Vuçiç

Baş səhifə

Bakı. Trend:

Serbiyada parlament seçkiləri payızda, sentyabrın sonu ilə
noyabrın ortaları arasında keçiriləcək.

Trend-in
məlumatına görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç
deyib.




“Seçkilər sentyabrın sonu ilə noyabrın ortaları arasında
keçiriləcək”, – deyə o qeyd edib.

Qeyd edək ki, may ayının əvvəlində Serbiya prezidenti ölkədə
erkən parlament seçkilərinin iki və ya altı ay ərzində keçirilə
biləcəyini irəli sürüb.