ABŞ Maduroya qarşı yeni ittihamlar hazırlayır

Baş səhifə

ABŞ prokurorluğu Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar hazırlayır.

Modern.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Mayamidəki prokurorlar mövcud işin kifayət qədər güclü olmaması ilə bağlı narahatlıqlar fonunda Maduroya qarşı yeni cinayət araşdırmasının başlanması barədə göstəriş alıblar. İstintaqın xüsusilə narkoterrorizm və digər ağır cinayət ittihamları ilə bağlı ola biləcəyi qeyd olunur.

CBS-in iddiasına görə, ABŞ hüquq-mühafizə orqanları əvvəllər də Maduroya qarşı oxşar ittihamlar irəli sürmüşdü və hazırda bu işlərin hüquqi əsaslarının gücləndirilməsi istiqamətində əlavə araşdırmalar aparılır.

Məsələ ilə bağlı rəsmi açıqlamalar və detallı məlumatlar hələlik tam təsdiqlənməyib.