
Bakı. Trend:
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndimeşk
şəhərində Hava Hücumundan Müdafiə Sistemi yoxlama atəşləri həyata
keçirib.
Trend-in
məlumatına görə, bunu İranın Xuzistan vilayəti valisinin müavini
Vəliyulla Həyati yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, yoxlama atəşi nəticəsində mərmilərdən biri
şəhərdə yaşayış məntəqəsinə düşüb. Nəticədə 4 nəfər yaralanıb.
Həyati deyib ki, yaralılar xəstəxanalara aparılıb və hazırda
müalicə olunurlar.
Həyati bildirib ki, İran Silahlı Qüvvələri tərəfindən lazımi
tədbirlər həyata keçirilib və şəraitə tam şəkildə nəzarət
olunur.

