Azərbaycanda mazut istehsalının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 51,4 min ton mazut
istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilib.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 5,2 min ton və ya 9,2% azdır.




Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır mazut ehtiyatı 4,9
min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,903 milyard manat
olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7 faiz
azalıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya
departamentinin direktoru Cihad Azur Trend-ə özəl müsahibəsində
bildirib ki, enerji sektorundan əldə olunan gəlirlər uzunmüddətli
iqtisadi dayanıqlığın gücləndirilməsi üçün səmərəli şəkildə idarə
olunmalıdır. Cihad Azurun sözlərinə görə, enerji bazarlarında
yüksək volatillik şəraitində neft və neft məhsulları sektorundan
əldə olunan gəlirlərin səmərəli idarə edilməsi xüsusi əhəmiyyət
daşıyır. “Neft və qaz qiymətlərinin yüksək volatilliyi şəraitində
yaşayırıq və buna görə qiymət piklərindən həddindən artıq
asılılığın qarşısını almaq üçün həmişə qabaqcadan planlaşdırmaq
vacibdir”, – deyə BVF rəsmisi Trend-ə bildirib.