Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə RENKİNQİ

Baş səhifə

Bakı. Trend:

Bu ilin I yarısı üzrə Azərbaycanda fəaliyyət göstərən bankların
nizamnamə kapitalının həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında
bildirilib.

Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank
Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə
kapitalının həcmi 1,281 milyard manat təşkil edib.




İkinci sırada 446,599 milyon manat nizamnamə kapitalı ilə “Xalq
Bank” dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat
nizamnamə kapitalı ilə “Yelo Bank” qərarlaşıb.

Nizamnamə kapitalının həcmi ən az olan bank isə “Bank of Baku”
olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil
edib.

Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi
zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla
müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin
hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri
yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.

Banks

Authorized capital

1

ABB

1,281,271,39

2

Xalq Bank

446,599,51

3

Yelo Bank

378,000,00

4

Pasha Bank

373,170,00

5

VTB Bank

315,815,00

6

Kapital Bank

265,850,00

7

Premium Bank

174,601,00

8

UniBank

138,200,39

9

AccessBank

121,750,00

10

Expressbank

112,545,00

11

Rabita Bank

101,300,08

12

Azer–Turk Bank

100,500,00

13

Turan Bank

100,006,00

14

Bank Respublika

73,961,09

15

Bank Melli Iran

73,611,17

16

Avrasiya Bank

71,800,00

17

AFB Bank

70,393,46

18

ZiraatBank

65,500,00

19

AzersenayeBank

60,000,00

20

YapikrediBank

55,380,70

21

Bank of Baku

52,870,00