İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin İranla müharibəsi Vaşinqtona 37,5 milyard dollara başa
gəlib.

“CNN” telekanalının məlumatına görə , bunu ABŞ-nin müharibə
naziri Pit Heqset Senatda çıxışı zamanı bildirib.

Məlumata əsasən, demokrat senator Dik Dörbin büdcə dinləmələri
zamanı müharibə nazirindən ABŞ və İran arasında atəşkəsin faktiki
olaraq başa çatmasından sonra xərclərin daha da artacağını
gözləyib-gözləmədiyini soruşub.




Heqset cavabında bildirib ki, 37,5 milyard dolların bir hissəsi
maliyyə ilinin sonunadək qoşunların ərzaq təminatı kimi xərcləri də
əhatə edir.

Nəşr qeyd edir ki, Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzinin (CSIS) ilkin hesablamalarına görə, münaqişə ABŞ-yə
təxminən 40 milyard dollara başa gəlib. Bununla belə, bu məbləğə
artıq 2026-cı maliyyə ili üçün 1 trilyon dollardan çox olan Müdafiə
Nazirliyinin büdcəsində nəzərdə tutulmuş əməliyyat xərcləri daxil
edilməyib.