
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Bakı
vaxtı ilə 03:00-da Ali Baş Komandanın göstərişi ilə İrana məxsus
hərbi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu barədə CENTCOM-un rəsmi “X” səhifəsində məlumat yayılıb.
“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq
vaxtı ilə saat 19:00-da İrandakı hərbi hədəflərə zərbələr endirməyə
başlayıb. Bu, ardıcıl 11-ci gecə həyata keçirilən əməliyyatlardır.
Zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə
təhlükə yaratmaq imkanlarını daha da zəiflətməkdir”, – deyə
məlumatda bildirilir.

