
Bakı.Trend
Hörmüz boğazının İranın nəzarətinə keçməsi Yaxın Şərq
hüqudlarını aşan fəsadalar səbəb olacaq təhlükəli presedent yarada
bilər.
Bunu ABŞ Dövlət katibi Marko Rubio Cənub-Şərqi Asiya ölkələrinin
xarici işlər nazirləri ilə keçirdiyi görüşdə bildirib.
“Yaxın Şərqdə hər hansı dövlətin beynəlxalq su yoluna nəzarət
etdiyi, oradan keçid üçün ödəniş tələb etdiyi və ödəniş edilmədiyi
təqdirdə gəmiləri partlada bildiyi bir presedent yaratsaq, bu,
dünyanın digər bölgələrində, o cümlədən bu regionda da təkrarlana
biləcək son dərəcə təhlükəli presedent olacaq”, – deyə o,
bildirib.
Qeyd edək ki, Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya
Ölkələri Assosiasiyasının (ASEAN) toplantısı keçirilir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

