Qətər uçuş qadağasını qismən aradan qaldırıb

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsinə baxmayaraq Qətərdə
mülki hava gəmilərinin uçuşu ilə bağlı tətbiq olunan qadağa qismən
aradan qaldırılıb. Belə ki, fevralın 28-dən etibarən ilk dəfə
olaraq sərnişin təyyarəsi Doha aeroportunu tərk edib.

Trend bu barədə
Qətərin “Al-Jazeera” telekanalına istinadən xəbər verir.

Kanal bildirir ki, aviauçuşların real vaxtda monitorinqini
aparan “Flightradar” platforması ilk reysin “Airbus A380” təyyarəsi
ilə gerçəkləşdiyini və təyyarənin Doha-London marşrutu ilə uçduğunu
yazır.




Bundan əvvəl ölkənin aviasiya qurumu ilk uçuşlarda ölkədə
çıxılmaz vəziyyətdə qalmış ailələr, ahıl sərnişinlərə və zəruri
tibbi ehtiyacları olan sərnişinlərin prioritetləşdiriləcəyini
bildirmişdi.