
Bakı. Trend:
Yaxın Şərqdəki vəziyyətin yaratdığı qlobal enerji böhranı yay
mövsümündən əvvəl yeni mərhələyə daxil olur.
Trend-in
məlumatına görə, bu barədə “Financial Times” (FT) nəşri məlumat
yayıb.
Nəşrin məlumatına görə, enerji böhranının yeni mərhələsinin
yaxınlaşması ilə əlaqədar təxminən 80 ölkə iqtisadiyyatlarını
qorumaq üçün təcili tədbirlər görüb.
Qeyd olunur ki, “Şimal yarımkürəsində yayın əvvəlində
kondisionerlərdən istifadə və istirahət səfərlərinə tələbatın
artması, qlobal ehtiyatların artıq rekord səviyyədə azalması
fonunda xam neft, benzin, dizel və reaktiv yanacaq təchizatına
əlavə təzyiq göstərəcək”.

