“Hizbullah” bir ay ərzində 48 İsrail tankını sıradan çıxarıb

Baş səhifə

Bakı. Trend:

“Hizbullah” hərəkatı 16 aprel – 17 may tarixləri arasında İsrail
qüvvələrinə qarşı 339 hərbi əməliyyat keçirdiyini və bu
əməliyyatlar zamanı döyüşçülərinin 48 tankı zərərsizləşdirdiyini
açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə “Hizbullah” öz “Telegram” kanalında
yazıb.




“Düşmənin atəşkəsi pozmasına cavab olaraq İslam Müqavimət
qüvvələri 15 komanda məntəqəsinə, 3 kazarmaya, 2 hərbi bazaya, 7
artilleriya mövqeyinə və bir vertolyot meydançasına hücum edib.
Ötən ay ərzində idarə olunan raketlər və ya kamikadze pilotsuz uçuş
aparatları ilə vurulan 48 tank, 18 zirehli transportyor və 12
yolsuzluq avtomobili tam və ya qismən sıradan çıxarılıb”, – deyə
bildirilib.