Azərbaycanda hotellərin üç aya qazandığı MİLYONLAR

Baş səhifə

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 128,7 milyon manat olub. 

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% çoxdur. 

Birinci rübdə gəlirlərin 74 milyon 903 min 400 manatı – 58,2%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 35 milyon 135 min 100 manatı – 27,3%-i ictimai iaşə xidmətlərindən, 4 milyon 890 min 600 manatı – 3,8%-i müalicə və sağlamlıq xidmətlərindən, 13 milyon 770 min 900 manatı – 10,7%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 125,1 milyon manat olmuşdu. Gəlirlərin 73 milyon 308 min 600 manatı – 58,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 35 milyon 28 min manatı – 28%-i ictimai iaşə xidmətlərindən, 3 milyon 878 min 100 manatı – 3,1%-i müalicə və sağlamlıq xidmətlərindən, 12 milyon 885 min 300 manatı – 10,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Son bir ildə nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən gəlirlər 1 milyon 594 min 800 manat (2,2%), ictimai iaşə xidmətlərindən gəlirlər 107 min 100 manat (0,3%), müalicə və sağlamlıq xidmətlərindən gəlirlər 1 milyon 12 min 500 manat (26,1%), digər xidmətlərdən gəlirlər 885 min 600 manat (6,9%) artıb.