PSJ Fransa çempionu oldu

Baş səhifə

Bakı. Trend:

Fransada Liqa 1-in qalibinin adına aydınlıq gəlib.

Trend xəbər verir ki,
ölkə çempionatının 29-cu turundan təxirə salınmış matçda PSJ ən
yaxın izləyicisi “Lans”ı səfərdə 2:0 hesabı ilə məğlub edərək sona
1 tur qalmış çempionluğunu rəsmiləşdirib.




Qeyd edək ki, Paris təmsilçisi ardıcıl 5-ci, ümumilikdə isə
14-cü dəfə bu ada layiq görülüb. Bu, Fransa tarixində rekord
göstəricidir.