“Yelo Bank” əməkdaşlarından donorluq təşəbbüsü: “Qan ver, həyat qurtar!” (FOTO)

Baş səhifə

Bakı. Trend:

8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə “Yelo Bank”ın
Baş ofisi növbəti dəfə xeyirxahlıq mərkəzinə çevrildi. Bankın “Qan
ver, həyat qurtar” çağırışına böyük həvəslə qoşulan əməkdaşlar
talassemiya və hemofiliya ilə mübarizə aparan insanlara dəstək
olmaq üçün donor kimi iştirak etdilər.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının peşəkar həkim
heyətinin nəzarəti ilə keçirilən aksiya zamanı toplanan qan
ehtiyatı, həyati vacib müalicə alan şəxslərin sağlamlığına xidmət
edəcək.




“Yelo Bank” bu cür təşəbbüslər vasitəsilə parlaq xəyalları olan
insanların gələcəyinə töhfə verməkdən məmnunluq duyur. Bank səhhəti
imkan verən hər kəsi donor olmağa və bu nəcib missiyada iştirak
etməyə dəvət edir.

Kredit
kalkulyator
vasitəsilə ilə hesabladığınız kredit ilə bağlı daha
ətraflı məlumat lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsappyelo.az
hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!